Xarici görünüşümüzü tamamlayan ən önəmli ünsürlərdən biri saçlarımızdır. Hər kəs saç stilinin, həcminin və parlaqlığının mükəmməl olmasını istəyir. Bu mükəmməlliyi təmin etmək üçün, saç baxımına diqqət yetirir, müxtəlif saç baxım məhsulları axtarışında oluruq.
Bəs saç baxımını necə düzgün etməli? Saça uyğun düzgün məhsulları necə seçməli? Bu bloqumuzda sizə bu sualların doğru cavabalarını təqdim edəcəyik.
Hər birimiz fərqli genlərə sahibik. Bu da özlüyündə saç strukturunun fərqliliyini təşkil edir. Bu səbəbdən də saç baxım rutini hər fərdə özəl olmalıdır. Düzgün baxımın ilk mərhələsi, saç növünü təyin etməkdir. Saçınızın quru, yağlı yoxsa kəpəkli saç tipində olduğunun fərqində olmalısınız. Çünki, ideal baxım kimi görünən rutin, uyğun olmayan saç tiplərində tətbiq edilərsə, mənfi təsirlər göstərə bilər.
Saç baxımındakı ən önəmli hissə saçların təmizliyidir. Bu təmizlik və fərahlığı təmin etmək üçün, düzgün şampun seçimi etmək şərtdir. Şampun saçı tökməməli, gücləndirməli, canlandırmalıdır. Bu özəlliklərə sahib Vichy, Elseve və s. kimi keyfiyyətli markaları misal gətirmək olar.
Saçı yumşaldan, parlaqlığını və həcmini təmin edən əsas məhsul isə, saç kremləridir. Saç kremləri istehsal edən markaların çoxluğu, fikir qarışıqlığına səbəb ola bilər. Lakin, önəm verməli olduğunuz əsas nüans, kremlərin keyfiyyəti və effektivliyidir. Pantene, Urban və s. kimi markalar buna misal ola bilər.
Saç baxım yağları isə, saç quruluğunun qarşısını almaqla yanaşı, saçı vitaminlərlə zənginləşdirir. Son dönəmlərin ən çox sifariş edilən və alıcılar tərəfindən bəyənilən saç baxım yağı-Puer Cheveu-dur.
Nəzərə alsaq ki, qarşıdan yay gəlir, istər günəşin şüalarından, istərsə də dənizin duzlu suyundan qorunmaq üçün, saç baxımına daha çox önəm vermək lazımdır. Siz də hər növ saç baxım məhsullarını Türkiyədən Runex ilə sifariş edərək, saçınıza qulluq edə bilərsiniz.
Siz sifariş edin Runex gətirsin!
Runex daima sizin vaxtınıza və büdcənizə qənaət etmənizi təmin etmişdir. Siz də sifarişlərinizi Runex-ə etibar edərək, onlayn alış-verişdən həzz ala bilərsiniz. Sifarişlərinizi ən sürətli və ən sərfəli şəkildə əldə etmək istəyirsinizsə, Runex.az saytından qeydiyyatdan keçməyə tələsin.