1. “Runex” Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq əldə etdiyi lisenziya əsasında , beynəlxalq poçt bağlamalarının Azərbaycana daşınmasını həyata keçirir. Hazırda şəxsi istifadə limiti Azərbaycanda bir təqvim ayı ərzində 300 (USD) (çatdırılma haqqı daxil olmaqla) ABŞ dolları təşkil edir. Şəxsi istifadə limitinə daxil olan məhsulların kommersiya məqsədli olmadığı və məhz şəxsi istifadə üçün olduğu əsaslandırıla bilməlidir. Fiziki şəxs şəxsi istifadə limitini keçdikdə və ya yükünün kommersiya məqsədli olduğu qənəati yarandıqda həmin yük gömrük orqanı tərəfindən gömrük rüsumuna və əlavə dəyər vergisinə tabe edilir.

2. Sifarişçinin yükü gömrük orqanı tərəfindən saxlandıqda “Daşıyıcı” bu barədə sifarişçiyə məlumat verir. Sifarişçi gömrükdə saxlanmış bağlamasını özü götürmək istədikdə, “Daşıyıcı”ya bağlamanın daşınma haqqını ödəyir. “Daşıyıcı” isə öz növbəsində sifarişçiyə bağlamanı təhvil alması üçün gömrük orqanı tərəfindən verilmiş barkod təqdim edir. Sifarişçi bu barkod əsasında bağlamasını Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirir və Bakı Karqo Terminalında saxlama xərclərini ödəyərək yükünü təhvil alır.

3.Sifarişçi  saytımızda qeydiyyatdan keçərkən daxil etmiş olduğu bütün şəxsi məlumatlar (ad, soyad, ünvan, telefon, Ş.V nömrəsi, fin kod və s.) başqa üzvlər tərəfindən görülmür və üçüncü şəxslərlə paylaşılmır.Sifarişçi məlumatları yalnız qanun çərçivəsində nəzərdə tutulan orqanlara bildirilə bilər.

4. Sifariş edilən malların sığortalanması “Daşıyıcı” tərəfindən həyata keçirilmir və buna görə şirkət heç bir məsuliyyət daşımır. Bağlama "Daşıyıcı"nın xarici anbarında təhvil alınana qədər "Daşıyıcı" bağlama üzərində heç bir məsuliyyət daşımır.

5. Sifariş əsasında daşınan bağlamadakı əşyanın qüsurlu olmasına, məhsulun ölçüsünün, rənginin, çeşidinin və s. səhv gəlməsinə görə “Daşıyıcı” heç bir məsuliyyət daşımır. Bu kimi hallarda sifarişçi problemin aradan qaldırması üçün iradını ancaq satıcı mağazaya bildirə bilər.

6. Sifariş edilmiş bağlama “Daşıyıcı”nın ofisinə daxil olduqdan sonra “Daşıyıcı” tərəfindən sifarişçiyə bu barədə SMS, Zəng və ya e-mail vasitəsilə məlumat verilir. Sadalanan bu vasitələrdən (SMS, zəng,  poçt, e-mail) hər hansı biri ilə sifarişçiyə məlumat verildikdə, sifarişçi “Daşıyıcı” tərəfindən rəsmi qaydada məlumatlandırılmış hesab edilir. Sifarişçi bağlamanı “Daşıyıcı”nın Bakı anbarlarından və ya özünə ən yaxın Runex məntəqələrindən təhvil alır. Əgər sifarişçi bağlamanın birbaşa ünvanına çatdırılmasını istəyərsə, bu zaman www.runex.az səhifəsindən ödənişli kuryer xidmətindən istifadə edə bilər.

7. Sifariş olunan bağlamanın “Daşıyıcı”nın anbarına daxil olması barədə sifarişçiyə məlumat verildiyi andan etibarən 15 (on beş) təqvim günü ərzində sifarişçi bağlamanı təhvil almadığı təqdirdə, hər gün üçün 0,50 AZN (50 qəpik) saxlama haqqı hesablanır. Sifarişçi “Daşıyıcı” qarşısında bütün maddi öhdəliklərini ödəyənədək bağlamanı təhvil ala bilməz.Sifarişçiyə məlumat verildiyi tarixdən 1 ay keçdiyi halda bağlamadakı əmlak “Daşıyıcı”nın mülkiyyətinə keçir.

8. Bağlamalar təhvil alınarkən çatdırılma haqqı ödənişi tam formada bütün bağlamalar üçün edilməlidir.

9. Sifariş edilmiş bağlamanın “Daşıyıcı”dan asılı olmayan səbəblərə görə gecikməsi hallarında (avia reyslərin gecikməsi, gömrük yoxlamaları və s.) “Daşıyıcı” heç bir məsuliyyət daşımır və bu hal sifarişdən imtina üçün əsas sayıla bilməz.

10. Sifarişçi ilə aparılan bütün yazışmaların, habelə sifarişçiyə aid “Daşıyıcı”ya bəlli olan məlumatların, “Daşıyıcı”nın Zəng mərkəzinə (Call center) olunan zənglərin arxivləşdirilməsi aparılır və konfidensiallıq “Run Express” MMC tərəfindən qorunur.

11. Sifarişçi bağlamasını təhvil almağa gələrkən “Daşıyıcı”nın ofisində kassaya şəxsiyyətini təsdiq edən sənəd təqdim edərək, daşınma haqqını ödəyir və müvafiq çek alaraq, bağlamasını anbardan götürür.

12. Sifarişçinin məhsulu “Daşıyıcı”nın xaricdəki anbarına daxil olduqdan sonra sıxlıqdan asılı olaraq, maksimum 48 saat ərzində (Endirimli günlərdə bir az daha uzana bilər)növbəli qaydada “xarici anbardadır” statusuna keçirilir.

13. Əlavə olaraq “Daşıyıcı” tərəfindən bir çox məhsulların  daşınması həyata keçirilmir. Ölkəmizə fizik şəxslər tərəfindən gətirilməsi qadağan edilmiş məhsullar aşağıda qeyd edilmişdir :

-Yivli odlu silah növləri, döyüş sursatı (ov silahları üçün sursatlar istisna edilməklə), hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika. - Telefonlar,tərkibində batareya olan avadanlıqlar, powerbank-lar - Qida məhsulları - Toz halında məhsullar - Tozsoran - Spirtli içkilərin bütün növləri və tütün məhsulları - Partlayıcı, tezalışan və digər təhlükəli maddələr, eləcə də radioaktiv maddələr ( parfumeriya, sprey, quru şampun, boyalar və s.) - Tibbi məhsullar - Gizli kamera - Akumlyatorlar - Amortizatorlar - Hover Board skuteri - Hava nəqliyyatı ilə daşınılması qadağan olunan əşyalar - Radioaktiv maddələr. - Narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat. - Əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar. - Narkotik, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar. - Canlı heyvanlar - Bitki və toxumlar - Hər cür silah növləri, döyüş sursatı, hərbi təyinatlı hər cür əşyalar, partlayıcı maddələr, hərbi texnika. - Xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismarı haqqında ədəbiyyat. - Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri. - Dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr. - Xammal şəklində olan qiymətli metallar və qiymətli qaşlar. - Dini və Siyasi kitablar -Qanunvericiliyin tələbini ödəməyən digər məhsullar.

14. “Daşıyıcı”nın anbarlarında itmiş bağlamaların araşdırma müddəti 30 gün davam edə bilər.

                                                   

                                                                 Şəxsi Məlumatların qorunması

“Run Express”  MMC    müştərilərinin  şəxsi  məlumatlarının  qorunmasına  cavabdehdir.

Şəxsi  məlumat  deyərkən  “Run Express”  MMC  müştərilərinin www.runex.az-a təqdim etdikləri məlumatlar nəzərdə tutulur.

Ümumi  şərtlər:

“Run Express”  MMC” aşağıda qeyd edilən məqsədlər ilə müştərinin şəxsi məlumatlarını istifadə edə və ya  açıqlaya bilər:

-Xidmət  seçimlərinizi  təyin  etmək  üçün;

-İnformasiya, təbliğat, məhsul və xidmətlər, yenilənmiş marketinq və reklam materiallarını sizə göndərmək üçün və ya “Run Express” MMC-in  maraqlarını  qorumaq  üçün;

-Problemli  məsələlərin  həlli  üçün;

-Sizin  maraqlarınıza  uyğun  olduğunu  düşündüyümüz,  “Run Express” MMC-nin xidmətləri və ya üçüncü tərəfin xüsusi təkliflərini təbliğ etmək üçün;

“Run Express” MMC qeydiyyat formasında tələb edilən şəxsi məlumatları Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tələblərinə və ehtiyaclarınıza uyğun daha yaxşı xidmət göstərmək məqsədi ilə toplayır.

Təhlükəsizlik  şərtləri:

“Run Express” MMC şəxsi məlumatların səhvən silinməsi və ya açıqlanmaması üçün Şəxsi Məlumatların gizliliyi və təhlükəsizliyini qorumaq məqsədilə təşkilati və texniki addımlar da daxil olmaqla bütün ehtiyat tədbirlərinin görülməsindən məsuliyyət daşıyır.

Müştəri  Qeydiyyat  Formasında  tələb  edilən  məlumatlara  verilən  cavablara  görə  məsuliyyət  daşıyır.  Qeydiyyat  bölməsində  tələb  edilən,  məlumatların  natamam  və  ya  qeyri-dəqiq doldurulmasının nəticəsində, müştəriyə göstərilən xidmət, dayandırıla və ya xidmət tamamilə sonlandırıla bilər.