Sualın var ?

Runex.az - da qeydiyyatdan keçin Qeydiyyatdan keçməklə Türkiyədə xarici ünvana sahib olacaqsınız və hesabınızda ünvan qeyd olunacaq. Sifarişi ünvana göndərin Onlayn mağazalardan alış-veriş edərkən bağlamanızın çatdırılacağı ünvan hissəsinə saytımızda qeyd edilən ünvanı yazın və ödəniş edib sifarişinizi tamamlayın. Bağlamanızı təhvil alın Anbarımıza təhvil verilmiş məhsulu 3-5 iş günü ərzində Azərbaycana çatdırırıq.
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının metrik standartlarına uyğun olaraq daşınan yüklərin çəkisi bağlamaların ölçülərindən asılı olaraq iki cür hesablana bilər: 1. Fiziki çəki 2. Həcm çəkisi Hər iki göstərici hesablanır hansı daha çox olarsa, daşınma haqqı o çəki əsasında hesablanır. Nəzərinizə çatdırırıq ki, Türkiyədən geyim, 2 ədəd ayaqqabı və əl çantalarının daşınma haqqı yalnız fiziki çəkisi əsasında hesablanır. Ayaqqabı 2 ədəddən çox olarsa, daşınma haqqı həcm çəkisinə əsasən hesablanacaqdır. Hər hansı bir uzunluq gösətiricisi 60 sm və daha çox olan bağlamaların daşınma haqqı həm həcm çəkisi, həm də fiziki çəkisi hesablanacaq, hansı çəki göstəricisi daha çox olarsa, daşınma haqqı o çəki əsasında hesablanacaqdır. Hesablanma qaydasını nəzərinizə çatdırırq. En (sm) x Uzunluq (sm) x Hündürlük (sm)/6000 = Həcm çəkisi (kq) Hal-Hazırda həcmsəl çəki hesablanmır.
Bağlamaların çatdırılma müddəti məhsul xarici anbarımıza daxil olduğu vaxtdan hesablanır. Türkiyədən yüklərin göndərişi həftədə 2 dəfə həyata keçirilir. Bağlamanız anbarımıza daxil olduqdan sonra 3-5 iş günü ərzində Azərbaycana çatdırılır.
Ünvan: Səbail rayonu ,Murtuza Muxtarov küç.5 (İçərişəhər m/s yaxınlığı, İqtisad universiteti ilə üzbəüz) Iş saatları : Müştəri xidmətləri: Bazar ertəsi - Cümə: 10:00 - 20:00 Şənbə: 11:00 - 17:00 Ünvan: Xətai rayonu Xudu Məmmədov 18 (Həzi Aslanov m/s yaxınlığı, TikMak binaları) İş saatları : Müştəri xidmətləri: Bazar ertəsi - Cümə: 11:00 - 19:00 Şənbə: 11:00 - 17:00 Mənim üçün Sifariş et xidməti: 24 saat
Bağlamaların daşınma haqqı müştərinin istəyinə görə Runex.az saytından onlayn, ofisdə nağd və ya POS-terminal vasitəsi ilə həyata keçirilə bilər.
Daşınma haqqını nağdlaşdırmaq üçün müştəri kassaya müraciət edə bilər
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən 21 sentyabr 2020-ci il tarixindən etibarən fiziki şəxslər hər təqvim ayı ərzində ölkəyə ümumi dəyəri 300 ABŞ dolları ekvivalentindən artıq olmayan yük idxal edə bilər. Bağlamanın ümumi dəyəri 300 ABŞ dollarından çox olduqda qanunvericiliyə uyğun olaraq gömrük rüsumu ödənilir. 300 ABŞ dolları limitinə əşyanın öz dəyəri və saxlanılan bağlamanın daşınma haqqı daxildir. Bağlama təyin olunmuş limitin aşıldığı halda yalnız limiti keçmiş hissə üçün gömrük rüsumu hesablanacaqdır. Bağlamanın BCT-də saxlanılması zamanı ilk gün 15 AZN, sonrakı hər gün üçün 2 AZN (1 avro) saxlanma haqqı hesablanır. Xahiş edirik, sifariş verərkən diqqətli olun!
Bu, Türkiyədən istənilən məhsulun alınmasına xidmət edən kompleks servis xidmətidir. Bu tip sifariş zamanı biz sizin adınızdan Türkiyə internet-mağazasından sifariş edirik. Satıcı ilə bütün müvafiq tədbir və danışıqları aparırıq. Bu halda bizim komissiyamız ümumi məhsulun dəyərinin 3% təşkil edəcək, Azərbaycana daşınma xidmət haqqı bu məbləğə daxil deyil.
Bağlama onlayn mağazada tam qablaşdırıldıqdan sonra alıcıya çatdırılması üçün ölkə daxili kuryerlərə verilir. Kuryer xidməti öz növbəsində bağlamaya Tracking number ( İzləmə nömrəsi ) təyin edir. Bu nömrələr bağlamaların bəyan olunması üçün lazımdır. Bu nömrələr ölkə daxili kuryerlərdən fərqli olaraq fərqli adlandırılır. Bağlamanı izləmək üçün UPS karqo “Tracking number”, Trendyol express “Gönderi numarası”, Yurtiçi karqo “Gönderi kodu”, Aras karqoda “Kargo takip numarası”, Trendyol express “Teslimat no”, PTT Kargo “barkod no”, MNG karqo “Fatura no”, Sürat Kargo “seri numarası” və s. təqdim edir. Tracking number (izləmə nömrəsi) bağlamanın kuryerin anbarından təyinat məntəqəsinə çatdırılanadək mövqeyini izləməyə imkan yaradır. İzləmə nömrəsi (Tracking number) hər bağlama üçün ayrı-ayrılıqda verilir, fərqli olur və təkrarlanmır. Bağlamanız daşıyıcı şirkətin anbarına çatdırılanadək yükün mövqeyini daxili kuryer xidmətinin səhifəsində izləyə bilərsiniz.
“Onlayn kuryer” xidməti vasitəsilə kuryer sifarişini saytımıza daxil olaraq onlayn formada həyata keçirə bilərsiniz. Bunun üçün Runex.az saytında hesabınıza daxil olun, ”Kuryer sifarişi” bölməsinə keçid edərək ,”Rayon ünvan, telefon ” bölmələrini dolduraraq “Kuryer Sifariş et” düyməsinə klikləyin.⁣⁣ Bağlamalarınızı növbəti gündən etibarən 24 saat ərzində təhvil alacaqsınız. Bağlamaların kuryer ödənişini nağd şəkildə ödəyə bilərsiniz.
Onlayn alış-veriş hər kəsin haqqıdır. Buna görə də Azərbaycanın hansı bölgəsində olmağınızdan asılı olmayaraq bağlamalarınızı sizə çatdırırıq. Bildirək ki, poçt çatdırılması üçün sifariş bağlama Bakı ofisində olan zaman qəbul edilir. Bağlamanızın poçtla göndərişini sifariş etmək üçün, daşınma haqqı və poçt ödənişi öncədən ödənilməlidir. ( “Daşınma balansı ” bölməsindən artıra bilərsiniz ). Bağlamalar dövlət poçtu ilə göndərilir və nəzərinizə çatdırırıq ki, poçt tariflərini dövlət poçtunun özü təyin edir. 1 kq üçün ödəniş 3 AZN-dir. Balansınızda ən az 5 AZN vəsait olmalıdır. Daşınma haqqı ödənilməli müştərinin hər hansı bir borcu olmamalıdır. Biz poçtla çatdırılma üçün Sizin balansınızdan yalnız dövlət poçtunun təyin etdiyini məbləği silirik. Artıq məbləğ balansınızda qalır. Poçtun çatdırılma müddəti, rayondan aslı olaraq 1-5 iş günü təşkil edir.
Bağlamalar 24-72 iş saatı ərzində xarici anbar statusu alır. Qeyd olunan zaman ərzində bağlamanız sistemdə əks olunmadıqda bağlamanın teslimat detaylarını bizə sosial media üzərindən və ya [email protected] mail adresinə sorğu yönəldərək araşdırılmasını tələb edə bilərsiniz. Biz yalnız anbarın iş saatları çərçivəsində təhvil verilən və anbar əməkdaşlarının imzası ilə təsdiq olunan bağlamalara görə məsuliyyət daşıyırıq.
TL balansı "Sifariş et" xidmətindən istifadə etmək istəyən müştərilərin saytımıza yerləşdirdikləri linklərdə qeyd olunan məhsulların ödənişinin edilməsi üçündür. USD balansı daşınma haqqı və kuryer sifarişlərinizin ödənişinin edilməsi üçündür. Qeyd edək ki, daşınma haqqı həm nağd həmçinin onlayn olaraq yerinə yetirilə bilir. Həmçinin bu balanslar arasında transfer mümkün deyildir. Balansınızda olan pulun geri qaytarılması üçün isə [email protected] mail adresinə sorğu ünvanlamanız tələb olunur.
Türkiyədən maye məhsulların daşınması mümkündür və maye məhsullar da adi məhsul tarifi ilə hesablanır.
Kuryer haqqı bağlama sayına görə dəyişmir. Kuryer sifarişi zamanı seçilən bağlamalar üçün yalnız bir ödəniş edirsiniz.
Bağlamanız gömrük tərəfindən saxlanıldıqı zaman, gömrük bağlamanıza qaimə hazırlayır. Qaimə hazır olduqda, qaimə gömrük tərəfindən bizə təhvil verilir və biz sizinlə dərhal əlaqə yaradırıq, məlumat veririk. Daha sonra ofisimizə yaxınlaşıb daşınma haqqını ödəyərək qaiməni təhvil ala bilirsiniz
Runex saytındaki balansınızı nağd və onlayn şəkildə artıra bilərsiniz. Saytımızda şəxsi kabinetinizə daxil olaraq onlayn şəkildə balansınızı artıra bilərsiniz. Eyni zamanda ofisimizə yaxınlaşıb balansınızı artırmanız mümkündür.
Müştərilər Smart Customs tətbiqində vəya e.customs.gov.az saytında bağlamalarını bəyan etdikdə 300 dollar limitini keçdikləri təqdirdə ödənilməli olan vergi məbləğini onlayn olaraq ödəyə bilirlər və bağlamalarını təhvil almaq üçün Gömrük orqanlarına yaxınlaşmalarına ehtiyaç qalmır. Müştərilər eyni zamanda bağlamaların gömrük anbarından saxlanc haqqından da (İlk gün üçün 15 AZN, sonraki hər gün üçün 2 AZN) azad edilirlər. Beləliklə müştərilər bütün bağlamalarını "Smart Customs"- da bəyan edərək həm saxlanc haqqından həm gömrüyə getməkdən həm də broker xidmətindən istifadə etməkdən azad edilirlər.
Ay ərzində bütün bağlamalar Smart Customs mobil tətbiqində və e.customs.gov.az saytında bəyan edildikdə və Limit aşımı olduqda, qeyd olunan vergi ödənişini anında onlayn olaraq həyata keçirib, bu barədə məlumat verdikdə bağlamalar gömrükdə saxlanılmadan Bakı Ofisinə göndərilə bilər.
Müxtəlif növ batareyalar, powerbank-lar. Çılçıraq və çərçivə ( Qablaşdırılması düzgün olmadıqda ) Hər cür silah növləri, döyüş sursatı, hərbi təyinatlı hər cür əşyalar, partlayıcı maddələr, hərbi texnika. Partlayıcı, tezalışan (arxasında "no fire sign" olan məhsullar : məsələn dezodarant ) və ya digər təhlükəli maddələr, eləcə də radioaktiv maddələr və onların hazırlanması texnologiyasına aid materiallar; Narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat, həmçinin hazırlanması texnologiyasına aid materiallar. Pornoqrafik əşyalar, əxlaq pozğunluğunu, zorakılığını, terrorizmi təbliğ və reklam edən materiallar. Canlı heyvanlar Bitki və toxumlar Gizli kameralar, xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismarı haqqında ədəbiyyat. Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri. Dini kitablar; Akkumulyatorlar; Amortizatorlar; Mühərriklər; Hover Board skuterlər; Maşın yağları və maşın yağının olduğu bütün mallar. Hava nəqliyyatı vasitəsilə daşınması qadağan olunan əşyalar. Azərbaycan Respublikasının ərazisinə idxalı qadağan olunan əşyalar. Türkiyədən litium batareyalar və litium batareyalara sahib texnikalar. *Odlu silah, silah hissələri və ya aksesuarları, optik nişan, optik binokl və döyüş üçün nəzərdə tutulan əşyaların ixracatına icazə yoxdur.