İnsanların son dövrlərdə, özəlliklə də Coronavirus ortaya çıxdıqdan və bizim yaşadığımız coğrafiyaya gəldikdən sonrakı zamanlarda onlayn alış-verişə yönəlmələri ilə ölkəmizdə bu sahədə böyük bir ‘’fərqlilik’’ yarandığını deyə bilərik. Xüsusilə Türkiyənin onlayn alış-veriş sektorunda Azərbaycandan olan sifarişlərdə inanılmaz dərəcədə artım yaşanmağa başlandı. İnsanlar evdən çıxmadan, çox rahat bir şəkildə istədiklərini Türkiyənin onlayn alış-veriş saytlarından sifariş verirlər və məhsul bir neçə gün ərzində əllərində olur.
Türkiyənin onlayn sifariş saytlarından bir çox məhsulu əldə etmək mümkündür. Bunun üçün Trendyol Hepsiburada və s. kimi saytlarda qeydiyyatdan keçirsiz və bəyəndiyiniz məhsulu seçərək sifariş verirsiniz. Trendyol və Hepsiburada saytları Türkiyənin onlayn alış-veriş bazarı üzrə lider 2 marka olduqları üçün daima bir-biriləri ilə rəqabətdədirlər. Bu səbəbdən dolayı hər iki onlayn alış-veriş platforması hər il ən az 5-6 dəfə fərqli zamanlarda endirim kampaniyaları edirlər.
Endirim kampaniyaları zamanı şirkətlər inanılmaz dərəcədə qiymət endirimden əlavə olaraq hər marka özünəməxsus fərqli endirimlər də edir. Bəzi markalar həmin tarixlərdə Türkiyə daxili karqonu pulsuz edir, bəziləri hər əlavə alınan məhsula görə əlavə endirim edir, bəziləri eyni məhsuldan 2 və ya 3 dənə alınarsa birini də hədiyyə verir. Xüsusilə saat markalarında endirim vaxtlarında bəzən 2 saatın qiyməti endirimdən dolayı 1 saat qiymətinə qədər düşür.
Bütün bu endirimləri və ya kampaniyaları nəzərə alaraq insanlar da həm maddi olaraq, həm də aldıqları məhsulun keyfiyyəti baxımından onlayn alış-verişdə Türkiyə bazarına çox güvənirlər. Bəzi hallarda markanın özündən qaynaqlanan kiçik problemlər zamanı belə markalar həmin probləmləri həll edirlər. Alınan məhsulun keyfiyyəti və ya digər məlumatlarını yaxud da seçdiyiniz məhsulu daha əvvəl almış olan müştərilərin rəylərini oxuya bilərsiniz. Bu əslində çox önəmli məqamdır. Özəlliklə bədən ölçülərində və ya ayaq ölçüsü məsələsində bu nəzərə alınmalıdır.
Etibarlı Karqo-Runex
Həm maye, həm də standart məhsulların daşınma qiymətlərini eyniləşdirərək müştəriləri üçün ən yaxşısını etməyə çalışan Runex artıq insanların da etibarını qazanmaqdadır. İstənilən məhsulu sürəti, etibarlılığı və təbii ki, sərfəli qiymət ilə daşıyan Runex-də qiymətlər cəmi 0.99 dollardan başlayır. Müştərileri düşünərək daima bütün məlumatlarını hər zaman operativ olaraq onları məlumatlandıran Runex.az-da qeydiyyat çox sadə və asandır. Türkiyədən istənilən məhsulun sürətli şəkildə gətirilməsini istəyirsinizsə elə indi qeydiyyatdan keçin .