Geyimimizi tamamlayan ən önəmli parçalardan biri də ayaqqabıdır. Ayaqqabıya olan ehtiyac mövsümə və məkana görə dəyişə bilir. Artıq yazın gəldiyinə görə, yaz üçün dəbli və rahat ayaqqabılara ehtiyac vardır. Yaz aylarında təbiətin canlanması ilə birlikdə, insanların da geyimində bu al-əlvanlıq hiss edilir. Bu xoş, günəşli havalarda geyimə daha çox gözəllik qatmaq üçün, rahat və dəbli formada ayaqqabı seçimi etmək lazımdır. Budəfəki bloqumuzda yaz aylarında həm qadın, həm də kişilər üçün, ideal ayaqqabı modelləri haqqında bəhs edəcəyik.
Sport ayaqqabılar
Sport ayaqqabılar hər mövsümün, hər geyimin əvəzedilməzidir. Həmçinin, istər gündəlik geyimdə, istərsə də klassik görüntünü daha avanqard formada göstərmək üçün, müxtəlif rəngli sport ayaqqabılar mövcuddur. Önəmli olan hansı formada sport ayaqqabıları istifadə etməkdir. Yaz ayları üçün, daha yüngül və ağ rənglə vəhdət təşkil etmiş əlvan rənglərdən istehsal olunan sport ayaqqabılara üstünlük vermək daha əlverişli olacaqdır. Bu xüsusiyyətlərə malik istər kişi, istərsə də qadınlar üçün sport ayaqqabıları Türkiyənin onlayn alış-veriş saytları vasitəsilə Muggo, Fast Step, Hummel, All yup, Tony Black, Mc Dark kimi məşhur firmalardan sifariş edə bilərsiniz.
Qadın ayaqqabısı - Babet
Qadınların yaz aylarında istifadə edə biləcəyi ən ideal ayaqqabı babet modelidir. İncəliyi və rahatlığı ilə kombinlərdə müxtəlif forması vasitəsilə istər klassik, istərsə də gündəlik görünüşü təmin edir. Klassik görünüşü təmin etmək üçün, adətən dəri materialdan hazırlanan bu model ayaqqabılar, gündəlik istifadə üçün rezindən hazırlanaraq komfortlu yürüyüşü təmin edir. Hər zövqə və istəyə uyğun qadın babet ayaqqabılarını Trendyol, Hepsiburada və s. kimi onlayn platformalar vasitəsilə Xstreet, ZenneShoes, StWenn kimi markalardan əldə edə bilərsiniz.
Kişi ayaqqabısı – Loafer
Kişilər üçün istehsal olunan ən dəbli və rahat ayaqqabı modellərindən biri loafer modelidir. Müxtəlif formada və zövqdə olan loafer modellərini Türkiyənin istənilən onlayn alış-veriş saytları ilə Lufian, Ducavelli, Big King kimi markalardan Runex vasitəsilə sifariş verə bilərsiniz.
Siz seçin Runex “Sifariş etsin”
Ölkənin karqo şirkətləri arasında öz sürəti və etibarlılığı ilə seçilən Runex, sizin vaxtınıza və büdcənizə qənaet edir. Siz də sifarişlərinizi tez və etibarlı şəkildə əldə etmək istəyirsinizsə, Runex.az saytından qeydiyyatdan keçin. Vaxtınıza qənaət etmək üçün isə, Runex-in “Sifariş et” xidmətindən yararlanın. Qeydiyyatdan keçdikdən sonra Hesabım bölməsinə daxil olun və “Sifariş et” bölməsinə klikləyərək açılan yeni pəncərədə sifariş edəcəyiniz məhsulun linkini və sayını qeyd edin. Məhsulun qiymətini və Türkiyə daxili kargo üçün ödəniş qeyd olunubsa, həmin qiyməti də müvafiq xanaya əlavə edirsiniz. Ən sonda yekun qiymət görünəcək. Məhsulun ölçüsünü, rəngini “Qeyd” bölməsində yaza bilərsiniz. Həmçinin burada bağlamanız barədə əlavə məlumat qeyd edə bilərsiniz.
Runexlə xoş alış-verişlər!