Türkiyədən trend çantaların sifariş

 

Çantalar həm qadınların, həm də kişilərin geyimlərini tamamlayan ən mühüm aksesuardır. Çantaları digər aksesuarlardan fərqləndirən ən vacib özəllik, günlük istifadə olunmasıdır. Ölçüsündən fərqli olmayaraq günlük həyatımızda, çantalardan istifadə əvəzedilməzdir. İldən ilə çanta trendləri dəyişsə də, ona olan ehtiyac dəyişmir. Çantaların geyimdəki yerinə, hər zaman diqqət yetirmək lazımdır. Geyimə uyğun olmayan çantaların istifadəsi, estetik görünüşlə yanaşı, rəng kombinasiyasını da pozacaqdır. Bu səbəbdən də, geyimin rəngini, incə və ya kobud görünüşünü, parçasını nəzərə alaraq, çanta seçimi etmək məqsədəuyğundur.

 

Çanta sifarişində nələrə diqqət yetirilməlidir?

Son zamanlar Trendyol, Hepsiburada, Gittigidiyor və s. kimi Türkiyə saytlarından çanta sifarişi aktuallaşmışdır. Bu və digər saytlarda müxtəlif kateqoriyaların mövcud olması, çanta sifarişi üçün əvəzedilməz olsa da, bəzən qərarsızlığa da səbəb olur. Çanta sifarişlərini edərkən, istədiyiniz növ və tərzdə olan çantaları, kəmiyyət və keyfiyyətə görə filterləmək, işinizi asanlaşdıracaqdır. Sifarişlərinizi edərkən, çantaların funksional olmasına diqqət yetirin. Ən əsası da, sifariş edəcəyiniz çantanı harda istifadə edəcəyinizə dair öncədən fikriniz olsun. Məsələn, günlük istifadə üçün çanta seçimi edirsinizsə, rahat və yüngül çantalara üstünlük verin. Parça çantaların sifarişi zamanı isə, keyfiyyətə daha çox önəm verin ki, sonradan çantanın tikişlərində deformasiyalar əmələ gəlməsin. Mövsümlərə uyğun olaraq çanta seçərkən isə, payız-qış aylarında daha çox dəri və ya sukeçirməz parçadan istehsal olunan çantalara nəzər yetirmək lazımdır. Yaz-yay mövsümündə isə, daha yumşaq parçalardan hazırlanan çantaların seçimi, həm rahatlıq, həm də zövq baxımından əvəzolunmazdır.

 

2022-nin trend çantaları

Bu ilin trend çantaları, oversize formada və pastel rəngli çantalar hesab olunur. Pastel tonlarından əlavə, rəngarəng çantalar da, öz aktuallığını itirməmişdir. 2022 yaz-yay mövsümünün trend çanta rənglərinə narıncı, yaşıl, narçiçəyi rəngləri də aiddir. İlin trenddə olan çanta formaları isə aşağıdakılardır:

 

Toxuma çantalar

Müxtəlif naxışlar və fərqli dizaynla hazırlanan toxuma çantalar, trendlərdə zirvədədir. Toxunuşunun sıxlığından asılı olaraq, həm soyuq, həm də isti mövsümlərdə rahatlıqla istifadə olunur. Qış aylarında daha sıx, yay aylarında isə daha iri toxunuşlu toxuma çantaların istifadəsi, görünüşün sadə və gözəlliyini təmin edəcəkdir. Bershka, Addax, Karman Çorman və s. kimi markalardan zövqlü toxuma çantaların sifarişi mümkündür.

 

Zəncirli və muncuqlu çantalar

Əl və çiyin çantalarında zəncir detallı olan çantalar həm avanqard, həm də klassik görünüşü təmin edir. Zəncirlər nə çox kiçik, nə də böyük şəkildə olmamalıdır. Kiçik zəncirlər istifadə zamanı narahatlıq, iri zəncirlər isə, çox kobud görünüş yaradır. Muncuqlu çantaların yenidən dəbdə olması, keçmiş klassik görüntünü təcəssüm edir. Əsasən də, mirvari muncuqlu çantaların istifadəsi, klassik geyimlərin əvəzolunmazıdır. Müxtəlif tərzdə zəncirli və muncuqlu çantaları Bershka, Pull&Bear, Armine kimi markalardan Runex vasitəsilə sifariş edə bilərsiniz.

 

Eko çantalar

Son dönəmlər eko çantaların alışı və sifarişi aktuallıq təşkil edir. Parçadan hazırlanan bu çantalar həm istifadəçiyə, həm də ətraf mühitə fayda verir. Eko çantaları sifariş edərkən, keyfiyyətli markadan olmasına diqqət yetirilməlidir. Məsələn, HandeMore, Dry&More, MiniPera kimi markalardan keyfiyyətli eko çantaları əldə edə bilərsiniz.

 

Oversize çantalar

Son dönəmlərin əvəzedilməzi olan oversize tərzi, çantalarda da öz əksini tapmaqdadır. Oversize çantalar, sport geyimlərin bir hissəsi olub, kombinlərdə modern görüntü yaradır. Müxtəlif parçalardan istehsal olunması, hər hava şəraitində istifadəsini mümkünləşdirir. Geniş ölçüyə sahib olması, əşyaların rahatlıqla daşınmasını təmin edir.

 

 

Sürətli və etibarlı karqo-Runex!

Arzu etdiyiniz və zövqünüzə uyğun çantaları, büdcənizə uyğun və sürətli şəkildə əldə etmənin ən asan yolu, Runex vasitəsilə sifariş etməkdir. Onlayn alış-verişdən həzz almanızı istəyirsinizsə, Runex bunun üçün hazırdır.

Runex sizə sifarişlərinizin etibarlı və tez şəkildə çatdırılmasının təminatını verir. Elə isə indi vaxt itirmədən, Runex.az saytından qeydiyyatdan keçməyə tələsin.

 

 

Türkiyədən trend çantaların sifariş

Türkiyədən ev dekorasiya məhsullarının sifarişi

Türkiyədən ev dekorasiya məhsullarının sifarişi

Daha Ətraflı

Çanta sifarişlərinizi Runex-lə edin!

Çanta sifarişlərinizi Runex-lə edin!

Daha Ətraflı

Runex ilə onlayn alış-verişdən həzz alın!

Runex ilə onlayn alış-verişdən həzz alın!

Daha Ətraflı

Runex tarifləri

Runex tarifləri

Daha Ətraflı

Türkiyədən papaq, şərf, əlcək sifarişi

Türkiyədən papaq, şərf, əlcək sifarişi

Daha Ətraflı

2023 Qış Kolleksiyası

2023 Qış Kolleksiyası

Daha Ətraflı

Türkiyədən kosmetika məhsulları sifarişi!

Türkiyədən kosmetika məhsulları sifarişi!

Daha Ətraflı

Sifarişlərinizi Runex ilə edin!

Sifarişlərinizi Runex ilə edin!

Daha Ətraflı

Məşhur markalarda qış endirimləri!

Məşhur markalarda qış endirimləri!

Daha Ətraflı

Yeni il endirimləri hansı saytlarda var?

Yeni il endirimləri hansı saytlarda var?

Daha Ətraflı