Runex çatdırılma şirkəti yeni fürsətlərlə müştərilərini sevindirməyə davam edir!
Runex, sifarişlərin iadə olunması prossesində yeni dəyişikliklər edərək, müştərilərinin onlayn alış-veriş zamanı problemlərlə qarşılaşmamasını təmin edir. Belə ki artıq, sifariş etdiyiniz məhsulun rəng və ölçüsü gözləntilərinizdən aşağıdırsa və məmnun qalmamısınızsa məhsulu iadə etmək şansınız olacaqdır.
Hər kəsə məlumdur ki, onlayn alış-veriş zamanı rəng və ölçülərdə problemlər yarana bilir. Bunun əsas səbəbi, fotoların fərqli işıqda və bucaqda çəkilməsi və ya məhsulun ölçüsünün materialına uyğun qeyd olunmamasından qaynaqlanır. Bu problemlərlə qarşılaşmamaq üçün, sifariş etmədən öncə, məhsul haqqındakı rəylərə və ya bu haqqda yazılan bloqlara nəzər yetirə bilərsiniz.
Məhsulları necə iadə etməli?
Məmnun qalmadığınız məhsulları, təhvil aldığınız müddətdən 24-48 saat ərzində Runex-in İçərişəhər ofisinə yaxınlaşaraq iadə etməniz mümkündür. Burda diqqət yetirməli olduğunuz əsas nüans, məhsulun etiketinin üzərində olmasıdır ki, iadə prossesi baş versin. İadə ediləcək məbləği müştəri sifariş balansı və ya daşınma balansına geri qaytarmaq istəyərsə 10%-dək, kart hesabına və ya nağd əldə etmək istəyərsə 20%- dək komissiya olacaqdır. Bu şərtlər müqabilində, məhsulu etiketi ilə birlikdə təhvil verdikdən sonra, Runex sizə pulunuzu vaxt itirmədən, anında iadə edəcəkdir. Runex sizin vaxtınıza da qənaət etmənizi təmin edir. Belə ki, artıq məhsulunuzu iadə edərkən, gözləməyinizə ehtiyac qalmayacaqdır.
Qeyd etmək lazımdır ki, əgər sifarişinizi təhvil aldığınız müddətdən 48 saatdan çox vaxt keçibsə, iadə prossesiniz uğurlu olmayacaqdır. Bu qeyd həmiçinin, məhsulun etiketi üçün də keçərlidir.
Runex-in bu imkanı ilə siz artıq, rəng və ölçüsündən razı qalmadığınız məhsulları iadə edərək, ödənişinizi geri alacaq və arzu etsəniz yenidən ən etibarlı və ən sürətli karqo şirkəti Runex ilə sifarişlərinizi həyata keçirə biləcəksiniz. Daha ətraflı məlumat almaq və suallarınızı bildirmək istəyirsinizsə, Bizimlə əlaqə saxlaya bilərsiniz!