“Black Friday” günlərində Runex yanında!
“Black Friday” nədir, necə yarandı?
Bizim dildə Qara Cümə adlanan məşhur “Black Friday” gününün adı kimi maraqlı yaranma tarixi var.
Tarixdə ilk dəfə 1960-ci ildə ABŞ-da Şükranlıq günündən sonra gələn ilk cümə günü qəzetlərdə “Black Friday” başlığı altında bəhs edilmişdir. O günlərdə ABŞ-da iqtisadiyyatın tənəzzülə uğraması ilə edilən böyük endirimlər insanlar arasında müsbət hadisə kimi qarşılanaraq milyonlarla insanın mağazalara axışmasına səbəb olmuşdur. Bundan əlavə, Filadelfiya və digər şəhərlərdə həddini aşan alış-veriş sıx tıxac və çətinliklər yaratmışdır. İlk meydana gələn zaman insanları çətin vəziyyətə salsa da, son illərdə həm insanlar, həm də mağazalar üçün müsbət qarşılanmaqdadır
1980-ci illərə qədər ABŞ-ın müəyyən bölgələrində tətbiq edilən bu endirimlər daha sonra 1990-2000-ci illərdə bütün ölkəyə yayıldı. Ticarət mərkəzlərinin və mağazaların iş saatları uzadıldı və nəhayət, 2011-ci ildə mağazalar cümə axşamından cüməyə keçən gecə saat 24-dən etibarən qapılarını müştərilərinə açmağa başladılar. Onlayn alış-veriş saytlarının istifadəsi çoxaldıqdan sonra ABŞ-da baş tutan bu endirim günü beynəlxalq endirim gününə çevrildi və bütün dünyada yayıldı.
Koronovirus pandemiyasının ortaya çıxdığı son illərdə insanlar arasında onlayn alış-veriş vərdişinin çoxaldığının şahidi olduq. İnsanlar “Black Friday” günlərində mağazalarda yaranacaq insan sıxlığını nəzərə alaraq daha çox onlayn mağazalardan alış-veriş etməyi üstün tutmağa başladılar. Təxmin etdiyiniz kimi endirim günlərində alış-veriş edənlər arasında qadınların sayı daha çox yer tutur. Lakin, maraqlısı orasındadır ki, bu endirim günlərində kişilərin xərclədiyi alış-veriş məbləği, qadınların xərclədiyi alış-veriş məbləğindən daha çox olduğu təsdiqlənib. Səbəb kimi, “Black Friday” alış-veriş günlərində kişilərin ən çox aldıqları məhsul növlərindən birinin elektronik əşyalar olması göstərilib.
“Black Friday” endirimlərindən necə yararlanaq?
Son illərdə onlayn alış-verişlərin artması ilə satışların həcminin də artmasına səbəb olub. İnsanlar artıq əvvəlki kimi mağazalara gedərək vaxt itirmir, onlayn alış-veriş zamanı çox seçim imkanları yaranır və ən əsası isə mağazalara nisbətən onlayn alış-veriş saytlarında qiymətlər daha sərfəlidir. Koronovirus səbəbilə bir çox insan toplu yerlərə getməyə çəkindiyi üçün onlayn alış-veriş etmək həm də insanları virus təhlükəsindən də qoruyur.
Bu il noyabrın son cümə günü 26-sına təsadüf etdiyi üçün bir çox mağazalarda böyük endirimlər o gündən etibarən başlayacaq.
Türkiyənin alış-veriş saytlarına daxil olduqda siz artıq “Black Friday” havasını hiss etməyə başlayacaqsınız. Möhtəşəm endirim günlərinə hazırlıq sayılan bir çox yeni endirim kampaniyalarına rast gələcəksiniz. Türkiyənin lider onlayn alış-veriş saytlarından biri olan Trendyol hər kateqoriyaya uyğun məhsullara sizin üçün endirim kampaniyaları hazırlayıb. Elə indi Trendyol, Hepsiburada kimi Türkiyənin onlayn alış-veriş saytlarına keçid edərək almaq istədiyiniz məhsullarınızı seçib böyük endirim günlərinə hazırlaşa bilərsiniz.
Runex-də “Black Friday”ə özəl fürsətlər
“Black Friday” möhtəşəm endirim günlərində də Runex endirimlərdən yararlanan müştəriləri üçün hədiyyə verməyi unutmur.
Runex.az saytından qeydiyyatdan keçən hər kəs 50 TL balans hədiyyə qazanacaq.
Belə ki, Runex-in “sifariş et” xidməti vasitəsilə Türkiyənin onlayn alış-veriş saytlarından minimum 150 TL-lik məhsul aldıqdan sonra 50 TL hədiyyə balansını istifadə edə biləcəskiniz.
Bu kampaniyadan hər kəs yararlansın deyə iştirakçı limiti qoymadıq. Sizə sadəcə qeydiyyatdan keçib, alış-veriş edərək hədiyyə qazanmaq qalır.
Alış-veriş edərək hədiyyə qazanmaq Runex-də mümkündür.