Trendyol-dan Sifariş və Çatdırılma

Sərfəli qiymətlər, məhsul seçimləri və  onlayn alış-veriş!

Onlayn alış-verişə gəldikdə, çoxumuz üçün axan sular durulur. Mağazaya bir-bir baş çəkmək, bəyəndiyimiz bütün paltarları yoxlamaq, paltarlar arasında saatlarla vaxt keçirmək artıq geridə qaldı. Texnologiyanın inkişafı, daha asan əldə edilən cihazlar və sürətləndirilmiş internet sayəsində biz artıq mobil telefonlarımızdan belə alış-veriş edə bilirik.

Onlayn alış-veriş illərdir gündəmdə olsa da, son 2-3 ildə həyatımızın mərkəzinə yerləşib. İstədiyimiz yerdən bir neçə kliklə istənilən brendin mağazasına baş çəkə bilərik. İstədiyimiz bütün məhsulları növbə gözləmədən, başqalarını narahat etmədən yoxlaya bilərik.

Trendyoldan sifariş etmək artıq daha asan!

Onlayn alış-veriş dedikdə illərdir ağla gələn aparıcı adlardan biri də Trendyoldur! Brend illərdir ki, müştərilərinə ən yaxşısını ən sərfəli qiymətlərlə təqdim etmək missiyası ilə hərəkət edir. Özünüz, həyat yoldaşınız, sevgiliniz və ailəniz üçün axtardığınız bütün məhsulları internet mağazasından asanlıqla əldə etmək mümkündür.

Hər mövsüm uyğun üstünlüklər təqdim etməklə yanaşı, Trendyol endirim kateqoriyası ilə də diqqət çəkir. Endirim kateqoriyası dedikdə, ağlınıza mövsümü olmayan, stokda olmayan və ya qüsurlu məhsullar gəlməsin. Onların hamısı müasir, dəbli modellər arasından seçilmiş məhsullardan ibarətdir. Rəqiblərindən daha sərfəli qiymətlərlə bütün məhsulları Trendyol endirim kateqoriyasında tapa bilərsiniz.

Bəs nəyə görə Trendyoldan sifariş etməlisiniz?

Daim yenilənən struktura malik olan dəbli məhsulları izləmək o qədər də çətin və bahalı deyil! Trendyol ilə sizlərə yeni sezon məhsullarını münasib qiymətlərlə təklif edir. Elə indi sifariş etməyə tələsin!

Qadın, kişi, uşaq geyimləri və evinizin ehtiyac duyduğu bütün məhsulları Trendyol-dan tapa bilərsiniz. Elektron məhsullar, kosmetika, ev tekstili kimi axtardığınız hər şeyi tapa biləcəyiniz geniş çeşiddə məhsullar Trendyol-da sizi gözləyir. Üstəlik, bütün bu məhsullar bazarda tapa biləcəyinizdən çox aşağı qiymətə satışdadır.

 

Trendyol endirimlərini izləməklə, sərfəli qiymətlərlə bütün ehtiyaclarınıza çata bilərsiniz. Paltarlar, ayaqqabılar, köynəklər, koftalar və daha çoxunu çox sərfəli qiymətlərlə tapa bilərsiniz. Eyni şəkildə onlayn mağazada tapa biləcəyiniz bütün aksessuarlardan seçim edib kombinlərinizi  tamamlaya bilərsiniz. Ən dəbli çanta modelləri, boyunbağılar, sırğalar, bilərziklər və eynəklər Trendyol-un endirimlər üstünlüyü ilə sizləri gözləyir.

Trendyol geniş məhsul çeşidi, məhsul keyfiyyəti, endirimləri ilə ən yaxın rəqiblərini çox qabaqlayır!

Məşhur Trendyol məhsullarını yaxından izləmək, ən yeni kombinlərdən və ya Trendyol endirim kateqoriyasından alış-veriş etmək istəyirsinizsə, elə indi, Runex-in saytına daxil olaraq sifarişlərinizi bizimlə etməyə tələsin!

https://www.trendyol.com/ 

Sürətli və sərfəli sifarişin yeni adı- Runex karqo şirkətidir!

Runex karqo sektorunda öz yerini qoruyub saxlaya bilən və müştəri məmnuniyyətini əsas prioritet seçən daşıma şirkətidir. Türkiyədən sürətli çatdırılmanı keyfiyyətli şəkildə həyata keçirən Runex hal-hazırda ölkəmizin 35-dən çox regionunu əhatə edir.

Runex-i fərqləndirən nələrdir və əsas üstünlüklərinə nələr daxildir?

Runex-in başlıca üstünlüyü sürətli çatdırılmadır. Belə ki, Türkiyə alış-veriş saytlarından verdiyiniz sifarişlər 3-5 gün ərzində əlinizdə olur. Siz bağlamanızın xarici anbara daxil olduğuna dair məlumat alırsınız. Bundan əlavə olaraq, bağlama Türkiyədən ölkəmizə yola salındıqda və yerli anbara daxil olduqda da SMS vasitəsi ilə məlumatlandırılırsınız.

Sifarişləriniz yerli anbara daxil olduqdan sonra kuryer sifariş edərək, Kuryer Xidmətimizdən yararlana bilərsiniz. Belə ki, kuryerlərimiz ən sürətli formada bağlamanızın iş və ya ev adresinizə çatdırılmanı həyata keçirəcək.

Bəzi daşınma şirkətlərindən fərqli olaraq, biz maye və standart məhsullar arasında heç bir fərq qoymuruq. İstər ətir, istər geyim sifariş verməyinizdən asılı olmayaraq, eyni tariflər əsasında daşınma ödənişi təyin edilir. Sərfəli karqo olan Runex-in üstünlükləri bununla da bitmir.

35-dən çox filial və məntəqimizlə demək olar ki, bütün Azərbaycanı əhatə edirik.

Regionlarda yaşayanları nəzərə alaraq, Azərbaycanın hər bir nöqtəsinə doğru sürətlə addımlayırıq!

Türkiyədən sifarişlərinizi verən zaman Runex hesabınızda sizə ən yaxın filial və ya məntəqəni seçməyiniz kifayətdir. Biz çatdırılmanı Türkiyədən birbaşa həmin məntəqəyə edəcəyik.

Yerində İadə Xidməti isə yalnız Runex-in sizə təklif etdiyi xidmətdir ki, bu xidmətdən istifadə edərək, bəyənmədiyiniz sifarişlərinizi yerində iadə edə biləcəksiniz. Türkiyədən sifariş verdiyiniz lakin, geri qaytarmaq istədiyiniz hər bir məhsulu Runex-lə İadə etmək indi olduqca rahatdır.

Runex-in üstünlüklərindən biri də pulsuz Sifariş Et Xidmətidir.

Sifariş etmək istədiyiniz məhsulu seçib, bizə göndərməyiniz kifayət edir ki, siz bağlamanıza qovuşasınız. Etməli olduğunuz tək şey məhsulun linkini bizə göndərməkdən ibarətdir. Biz sizin üçün sürətli formada sifariş edəcəyik və daşınmasını olduqca sürətli edəcəyik.

Üstünlüklərimiz o qədər çoxdur ki, bunların hamısını bir burada göstərmək mümkünsüzdür!

Siz də Runex-lə sifariş edin, rahat və sürətli sifarişi görün!

Trendyol-dan Sifariş və Çatdırılma

Türkiyədən ev dekorasiya məhsullarının sifarişi

Türkiyədən ev dekorasiya məhsullarının sifarişi

Daha Ətraflı

Çanta sifarişlərinizi Runex-lə edin!

Çanta sifarişlərinizi Runex-lə edin!

Daha Ətraflı

Runex ilə onlayn alış-verişdən həzz alın!

Runex ilə onlayn alış-verişdən həzz alın!

Daha Ətraflı

Runex tarifləri

Runex tarifləri

Daha Ətraflı

Türkiyədən papaq, şərf, əlcək sifarişi

Türkiyədən papaq, şərf, əlcək sifarişi

Daha Ətraflı

2023 Qış Kolleksiyası

2023 Qış Kolleksiyası

Daha Ətraflı

Türkiyədən kosmetika məhsulları sifarişi!

Türkiyədən kosmetika məhsulları sifarişi!

Daha Ətraflı

Sifarişlərinizi Runex ilə edin!

Sifarişlərinizi Runex ilə edin!

Daha Ətraflı

Məşhur markalarda qış endirimləri!

Məşhur markalarda qış endirimləri!

Daha Ətraflı

Yeni il endirimləri hansı saytlarda var?

Yeni il endirimləri hansı saytlarda var?

Daha Ətraflı